Menu

ABŞ peykləri KXDR-nın nüvə sınaqlarına hazırlığını qeydə alıb

21.06.2017, 11:27
ABŞ peykləri KXDR-nın nüvə sınaqlarına hazırlığını qeydə alıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) kütləvi informasiya vasitələri (KİV) xəbər veriblər ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) mümkün nüvə sınaqlarına hazırlıq görür.

«CNN» telekanalının məlumatına görə, Şimali Koreya fəhlələri yeraltı poliqonun girişində hansısa işlər görürlər. Bu fəaliyyəti ABŞ-ın kəşfiyyat peykləri qeydə alıblar.

Birləşmiş Ştatların xüsusi xidmətləri istisna etmirlər ki, Pxenyan gözlənilən sınaqları növbəti ABŞ-Çin danışıqlarına «həsr etmək» fikrindədir. Danışıqlar çərşənbə günü Vaşinqtonda başlanacaq. Orada iki ölkənin xarici işlər və müdafiə nazirləri görüşəcək.

Xatırladaq ki, Ağ Ev Pekini KXDR-a təsir göstərməyə inandırmaq cəhdləri göstərir. Belə ki, Şimali Koreyanın xarici ticarətinin 90,0 faizi Çinin payına düşür.

Dünən ABŞ Prezidenti Donald Tramp qəflətən bəyan edib ki, bu istiqamətdə Çinin səyləri «işləmədi».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol