Menu

Ağstafada 24 yaşlı qadın intihara cəhd edib

21.06.2017, 21:03

sirkeAğstafa rayonunda 24 yaşlı qadın intihara cəhd edib.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1993-cü il təvəllüdlü Aysel Mayis qızı Bağırova yaşadığı evdə sirkə turşusu içərək həyatına qəsd etməyə cəhd göstərib. O, yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəyə ilkin tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol