Menu

Bakıda marşurut yandı - 3 nəfər yaralı var

16.06.2014, 18:20
Bakıda marşurut yandı - 3 nəfər yaralı var

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Mercedes” markalı mikroavtobus yol kənarında dayanan "Shevrolet” markalı minik avtomobilinə çırpılıb.

"Qafqazinfo” xəbər verir ki, hadisə zamanı mikroavtobusda yanğın baş verib. Nəticədə 1 sərnişin əl nahiyəsindən yüngül yanıq xəsarəti alıb, mikroavtobusun sürücüsü və digər sərnişini isə müxtəlif bədən xəsarətləri ilə təcili yardım xidmətinə təhvil veriliblər. Mikroavtobusun qalan hissəsi və minik avtomobili yanğından mühafizə olunub. Yanğın saat 12:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol