Menu

ABŞ Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzadıb

22.06.2017, 03:00
ABŞ Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaların müddətini uzadacağı barədə konqresi məlumatlandırıb.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Məlumata görə, ABŞ-ın 2008-2016-cı illərdə rəsmi Pxenyana qarşı tətbiq etdiyi bir sıra sanksiyaların müddəti uzadılacaq. Ötən ilin dekabrında ABŞ Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq edib. Sanksiyalara məruz qalan hüquqi və fiziki şəxslər Şimali Koreya hökuməti və ölkənin atom proqramı ilə əlaqəsi olanlardır. Onların arasında müəssisə rəhbərləri, ticarət korporasiyası və atom sənayesi nazirliyinin nümayəndələri də var. Sanksiya siyahısına həmçinin sənaye və inşaat korporasiyaları, “Air Koryo” aviaşirkəti, “Koryo Bank” daxil olmaqla bir neçə maliyyə və sığorta şirkətləri salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol