Menu

Rusiya və Türkiyə hərbçiləri İdlibə göndərilə bilər

23.06.2017, 10:28

turkish_army_2015_Rusiya və Türkiyə hərbçiləri təhlükəsizliyə nəzarət etmək üçün Suriyanın İdlib əyalətinə göndərilə bilərlər. APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın bildirib.

“Rusiya və Türkiyə hərbçiləri İdlibə göndərilə bilərlər”, - deyə o qeyd edib.

Kalının sözlərinə görə, hazırda İdlibə göndərilə biləcək hərbçilərin sayına dair danışıqlar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol