AzPolitika.info Qazaxıstan KİV-ə istinadla xəbər verir ki, rəsmi Astana Suriyaya hərbçi göndərmək mövzusunda heç kimlə danışıq aparmır. Bu barədə jurnalistlərə Qazaxıstanın Xarici işlər naziri (XİN) Qeyrət Əbdrəhmanov məlumat verib.
«Qazaxıstan öz hərbçilərinin Suriyaya göndərilməsi istiqamətində heç kimlə danışıq aparmır» - deyə, nazir bəyan edib.
Bundan əvvəl Türkiyə Prezidentinin nümayəndəsi İbrahim Qalın bəyan etmişdi ki, Rusiya tərəf Qazaxıstan və Qırğızıstan Respublikalarına Suriyadakı təhlükəsizlik zonalarına hərbçi göndərmək təklifini irəli sürüb.
Rusiya Federasiyası Dövlət Dumasının (RF DD) müdafiə məsələləri komitəsinin sədri Vladimir Şamanov da «RİA Novosti» agentliyinə təsdiqləmişdi ki, Rusiya Suriyaya hərbçi göndərmək məsələsini həmin iki ölkə ilə müzakirə edir.

Şərhlər