Menu

Azərbaycanda  istehsal edilən ayaqqabıların sayı 11% azalıb 

24.06.2017, 19:01
Azərbaycanda  istehsal edilən ayaqqabıların sayı 11% azalıb 

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 66,4 min cüt ayaqqabı istehsal edilib. Virtualaz.org əlavə edir ki, bu orta hesabla gündəlik 424 cüt ayaqqabı deməkdir.

Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, bu ilin 5 ayında istehsal edilən ayaqqabıların sayı ötən ilin müvafiq dövründən 11% az olub.

May ayında ölkədə ayaqqabının qiymətində aprel ayına nisbətən 0,5% artım qeydə alınıb. Hesabat dövründə isə ayaqqabının qiyməti illik müqayisədə 19,7% artıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol