Menu

Türkiyəli deputat Ramazan bayramı günü AŞPA-nın iclasının keçirilməsinə etiraz edib

26.06.2017, 16:42
Türkiyəli deputat Ramazan bayramı günü AŞPA-nın iclasının keçirilməsinə etiraz edib

Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başlayıb.

"Report"un Fransa bürosunun verdiyi xəbərə görə, sessiyanın birinci günü Türkiyə nümayəndə heyətinin üzvü bu gün müsəlman aləmində müqəddəs Ramazan bayramının qeyd olunduğunu sessiyası iştirakçılarının nəzərinə çatdırıb.

O, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasının işinin bu bayran gününə salınmasına öz etirazını bildirib. Türkiyə nümayəndə heyətinin üzvü xristianların dini bayramında olduğu kimi Ramazan bayramı zamanı da Avropa Şurasının fəaliyyətinə fasilə verilməsi təklifi ilə çıxış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol