Menu

ABŞ Yaponiyada RƏM sistemi yerləşdirmək istəyir 

27.06.2017, 10:29
ABŞ Yaponiyada RƏM sistemi yerləşdirmək istəyir 

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) və Yaponiyanın xarici işlər və müdafiə nazirləri iyul ayında aparacaqları danışıqlarda Yaponiya ərazisində ABŞ-ın raket əleyhinə müdafiə (RƏM) sistemlərini yerləşdirmək məsələsini də müzakirə edəcəklər.

Görüşün başlıca mövzusu ABŞ-ın «İdcis» yerüstü RƏM sistemilərinin Yaponiya ərazisində yerləşdirilməsi məsələsi olacaq. Sistemlər Şimali Koreyanın potensial təhlükəsi fonunda müdafiə məqsədilə nəzərdə tutulur.

«Japan Times» qəzetinin yazdığına görə, Yaponiyanın müdafiə nazirliyi (MN) 2018-ci maliyyə ilinin büdcəsinə ABŞ RƏM sistemlərinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş vəsaiti «sorğu etmək» niyyətindədir. Bu zaman, rəsmi Tokio hələ ki, sistemlərin yerləşdirilməsi üçün özünün rəsmi qərarını səsləndirməyib.

Buna baxmayaraq, Şimali Koreya təhlükəsi fonunda Yaponiya öz ərazisində «İcis» ABŞ yerüstü RƏM sistemlərinin yerləşdirilməsinin müxtəlif variantlarını nəzərdən keçirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol