Menu

Bakı-Qazax yolunda avtomobil aşıb - İki nəfər ölüb

27.06.2017, 18:41
Bakı-Qazax yolunda avtomobil aşıb - İki nəfər ölüb

Bakı-Qazax yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, yolun Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində "Land cruiser" markalı, 99 XX 060 dövlət nömrə-nişanlı avtomobil aşıb. Nəticədə avtomobildə olan Tovuz rayon sakinləri - 1989-cu il təvəllüdlü Orxan Mirzəyev və 1990-cı il təvəllüdlü Elgün Abbasov aldıqları xəsarətdən hadisə yerində ölüblər, 1994-cü il təvəllüdlü Əliyev Seymur Yaşar oğlu isə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol