Menu

Suriyada döyüşlərdə iştirak edən 5 Azərbaycan vətəndaşı həbs edilib

17.06.2014, 14:31
Suriyada döyüşlərdə iştirak edən 5 Azərbaycan vətəndaşı həbs edilib

Suriyada döyüşlərdə iştirak edən 5 Azərbaycan vətəndaşı həbs edilib.APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Balakişiyev Mehman Pirbala oğlu və onunla birlikdə Suriyada döyüşlərdə iştirak etmiş, hələlik adları açıqlanmayan dörd nəfər azərbaycanlı Suriyadan Türkiyəyə gələrkən həbs olunublar və Naxçıvan Muxtar Respublikasının hüquq-mühafizə orqanlarına təhvil veriliblər.

Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol