Menu

Rusiya hərbçisi Ukraynada əsir düşüb!

28.06.2017, 11:06
Rusiya hərbçisi Ukraynada əsir düşüb!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya hərbçisi - müqavilə ilə Rusiya ordusunda xildmət keçən 1995-ci il təvəllüdlü Viktor Ageyev Luqansk vilayətində (Ukrayna) Ukrayna hərbçilərinə əsir düşüb. Ukrayna müdafiə nazirliyindəki mənbəyə istinadla, xəbəri «BBC»-nin «rus xidməti» yayıb.

Bundan əlavə, ukraynalı jurnalistlər Ageyevin pasportundakı və hərbi biletindəki fotosunu da dərc ediblər.

Əsirin qohumları bildiriblər ki, o, müddətli hərbi xidməti başa vurandan sonra orduda qalıb - Ageyev 2017-ci ilin mantında bu barədə müqaviləni imzalayıb. Onun yeni xidmət məkanı Rostov vilayətinin Bataysk rayonu olub.

Rusiya Müdafiə Nazirliyi (MN) informasiyanı hələlik şərh etməyib.

Maraqlıdır, elə dünən Kreml Faransa Prezidenti Emmanuel Makronun «Donbasa təcavüz Rusiyadan qaynaqlanır» bəyanatını təkzib etmişdi. Bunun ardınca, Rusiya həbçisinin Luqanskda əsir düşdüyü barədə yayılan xəbər birbaşa təsdiqləyir ki, Makron doğru danışıb, Kreml isə necə deyərlər, adəti üzrə, «lukavit».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol