Menu

"ABŞ prezidentlərin görüşünün davam etdirilməsini vacib sayır"- Morninqstar

17.06.2014, 15:42
"ABŞ prezidentlərin görüşünün davam etdirilməsini vacib sayır"- Morninqstar

"Ümid edirəm ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü tezliklə baş tutacaq". Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünün baş tutma ehtimalını şərh edərkən deyib.

Səfir qeyd edib ki, hələ ki görüşün tarixi barədə bir söz demək çətindir: "Mən həmişə demişəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq istiqamətində konkret addımlarla bağlı müzakirələrin aparılması üçün ABŞ hər iki ölkənin prezidentlərinin görüşlərinin və danışıqlarının davam etdirilməsini vacib sayır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol