Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Zaur Allahverdiyevdən 1, 255 qram marixuana götürülüb.
Ona narkotik vasitəni satan paytaxt sakini Manaf Ələkbərov müəyyən edilərək tutulub. M.Ələkbərovdan 7 kiloqram 515 qram marixuana götürülüb.


Şərhlər