Menu

Donetskin Ticarət Universitetində partlayış baş verib

29.06.2017, 22:12
Donetskin Ticarət Universitetində partlayış baş verib

Ukraynanın Donetsk vilayətinin mərkəzində partlayış baş verib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, partlayış Ticarət Universitetinin binasında qeydə alınıb.

Nəticədə binanın akt zalı və kitabxanası qismən dağılıb. Həmçinin yaralıların olduğu bildirilir.

Onların sayı açıqlanmır. Partlayışın səbəbi hələ ki, məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol