Menu

Kiprdə güclü paptlayış baş verib

30.06.2017, 16:22
Kiprdə güclü paptlayış baş verib

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Kiprin (yunan Kipri) Limasol adlı kurort şəhərindəki biznes-mərkəzlərin birinin girişində partlayıcı qurğu işə dühüb.

İnsident cümə günü səhər saat 05:00-də, Hermassoya rayonunda baş verib. İlkin məlumata görə, səhər tezdən olduğundan xəsarət alan yoxdur - biznes-mərkəz bağlı olub.

Yerli KİV-in məlumatına görə, əldəqayırma partlayıcı qurğu şirkətin ofisinin girişinə qoyulub. Şirkətin sahibi Kipr pasportu olan rusiyalıdır.

Polisdən bildiriblər ki, bombanın böyük gücü olub. Paptlayış nəticəsində biznes-mərkəzin fasadı və vitrin şüşələri qismən dağılıb, yaxınlıqdakı binalar də zədə alıb.

Bununla belə, hüquq-mühafizə strukturları baş verənləri terroroçuluqla əlaqələndirməyə tələsmirlər, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol