Menu

Moskvada Telman İsmayılovun iki mənzilinə həbs qoyuldu

30.06.2017, 18:24
Moskvada Telman İsmayılovun iki mənzilinə həbs qoyuldu

Moskva vilayətinin Arbitraj Məhkəməsi azərbaycanlı biznesmen “AST” qrupunun təsisçisi Telman İsmayılovun Moskva ətrafında 3 torpaq sahəsi ilə bağlı sazişə həbs qoymaqdan imtina edib.

Trend-in məlumatına görə, eyni zamanda məhkəmə onun Moskvanın Kutuzov prospektində yerləşən beşotaqlı və altıotaqlı iki mənzilinə həbs qoyub.

Qeyd olunur ki, bu daşınmaz əmlak T.İsmayılovun 2005-ci ildə Fransada anadan olmuş nəvəsi Telmanın adınadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol