Menu

Ermənistanda işsizlik səviyyəsi 19 faiz təşkil edib

30.06.2017, 21:12
Ermənistanda işsizlik səviyyəsi 19 faiz təşkil edib

Ermənistanda 2017-ci ilin birinci rübündə işsizlik səviyyəsi 19 faiz təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.

Ermənistanın Milli Statistika Xidmətinin məlumatına əsasən, 2016-cı il ərzində bu ölkədə işsizlik səviyyəsi 18 faizə bərabər olub.

Qeyd edək ki, hesabat dövründə Ermənistanın iqtisadi fəal əhalisinin sayı 1 202,9 min nəfər təşkil edib ki, onlardan 228,4 min nəfəri işsizdir. (“Trend”)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol