Menu

"Kaxa Kaladze birinci turda Tbilisin meri seçiləcək" - Azərbaycanlı deputat

01.07.2017, 14:52

kaladzeGürcüstanın hakim "Gürcü arzusu-demokratik Gürcüstan" Partiyasının Siyasi Şurasının iyulun 1-də keçirilən iclasında baş nazirin müavini, energetika naziri Kaxa Kaladzenin namizədliyi Tbilisi şəhərinin meri vəzifəsinə irəli sürülüb.

Bunu "Report"un Gürcüstan bürosuna müsahibəsində parlamentin deputatı Mahir Dərziyev bildirib.

M.Dərziyev deyib ki, Kaxa Kaladze Gürcüstanın ictimai-siyasi həyatında böyük nüfuza malik insandır. Onu təkcə Gürcüstanda deyil, dunyada, eləcə də qardaş Azərbaycanda da yaxşı tanıyırlar. O, bütun sahələrdə özünü dogruldub və Tbilisi şəhərinineri vəzifəsinə də layiq olduğunu sübut edib". Deputatın sözlərinə görə, digər partiyalar da Tbilisi şəhərinin meri vəzifəsinə öz namizədlərinin adlarını bildiriblər. Lakin inların içərisində bu vəzifəyə ən layiqli namizəd Kaladzedir.

"Mən əminəm ki, Kaxa Kaladze bu seçkilərdə elə.birinci turda da qalib gələcək"- deyə, M.Dərziyev vurgulayıb.

Qeyd edək ki, bu ilin oktyabrında Gürcüstanda yerli özünü idarəetmə orqanlarına seçkilər keçiriləcək. Bu seçkilərdə bələxiyyələrlə yanaşı Tbilisi şəhərinin meri də seçiləcək. Yeni qanunvericiliyə əsasən Tbilisi şhərinin meri 4 illiyinə seçiləcək. Seckilərin vaxtını Gürcüstan Prezidenti yaxın vqxtlarda elan edəcəkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol