Menu

BMT Venesueladakı nümayişçilərin müdafiəsinə qalxdı

01.07.2017, 18:19
BMT Venesueladakı nümayişçilərin müdafiəsinə qalxdı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) insan haqları üzrə Ali komissarı idarəsinin rəsmi nümayəndəsi Rupert Kolvill etirazlara bürünmüş Venesuelanın hakimiyyət dairələrini ölkə konstitusiyasına və insanların toplaşmaq hüququna hörmətlə yanaşmağa çağırıb.

«Biz, Venesuelanın bütün hakimiyyətini konstitusiyaya və hüququn aliliyinə hörmət etməyə, hökuməti isə insanların dinc toplaşmaq və azad fikir söyləmək hüququna zəmanət verməyə və onu təmin etməyə çağırırıq» - deyə, nümayəndə bəyan edib.

O, öz növbəsində, Venesuela sakinlərini fikir ifadə etməyin yalnız dinc yollarından istifadə etməyə, qarşı duran bütün tərəfləri isə opponentinə yönəlik zorakılıqdan imtina etməyə çağırıb.

Bundan başqa, BMT idarəsi nümayişlər zamanı dinc vətəndaşların öldürülməsindən, evlərdə ordersiz axtarışlar aparılmasından və etiraz aksiyalarında iştirakına əngəl yaratmaq məqsədilə insanların saxlanmasından narahatlığını ifadə edib.

Xatırladaq ki, Venesuelada hökumət əleyhinə etirazlar hələ aprel ayının əvvəlindən başlayıb. Ötən 3 ay ərzində küçə nümayişləri zamanı baş verən toqquşmalarda 75 nəfərdən artıq insanın həlak olduğu, 1,5 min nəfərin isə zərər çəkdiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol