AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiyada işçi qüvvəsi defisiti 1974-cü ildən sonrakı 43 ilin maksimumuna yüksəlib.
İş axtaran hər 10 yaponiyalıya demək olar, 15 vakansiya düşüb. Bu rəqəmləri ölkənin səhiyyə, əmək və sosial təminat nazirliyi səsləndirib.
İşaxtaranlar və akansiyaların sayı arasındakı nisbət 3 ay ardıcıl olmaqla, may ayında 0,01 faiz yüksələrək, 1,49 faizə çatıb.
Bu rəqəmlər göstərir ki, Yaponiyada əhali qocalır və onun sayı getdikcə azalır ki, bu da ölkə iqtisadiyyatının problemlərini gücləndirir. Ötən ay iş təklifi 0,1 faiz azalıb, amma işə iddialı olan yaponların sayı daha artıq azalıb - 0,9 faiz. Bu zaman işçi qüvvəsinin daha çox sənaye, naqliyyat və poçt xidməti sahəsində çatışmazlığı baş verir.
Bununla bərabər, Yaponiyada işsizliyin səviyyəsi də may ayında 3,1 faiz artıb. Görünür, bu da inflyasiya və istehlak qiymətlərinin qalxması ilə bağlıdır - aşağı əmək haqqı işləyən vətənlaşların tələbatını ödəyə bilmir.


Şərhlər