Menu

Tatarıstanda matəm: ölü sayı 14-ə çatdı

02.07.2017, 14:08
Tatarıstanda matəm: ölü sayı 14-ə çatdı

Bu gün Tatarıstanda matəm elan edilib. APA-nın verdiyi məlumata görə, Tatarıstan prezidenti Rustam Minnixanov ötən gecə avtobus və yük avtomobilinin toqquşması nəticəsində 14 nəfərin ölməsi ilə əlaqədar matəm elan edib.

Xatırladaq ki, Samara-İjevsk marşrutu üzrə hərəkətdə olan avtobus iyulun 2-nə keçən gecə yanacaq daşıyan yük maşını ilə toqquşub. Qəza zamanı avtobus aşaraq yanıb. Nəticədə 14 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

RİA Novosti-nin məlumatına görə, bunu Rusiya İstintaq Komitəsi Regional İstintaq İdarəsinin nümayəndəsi Elvira Qazizova bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol