Menu

Rusiyadan kapital axını rekord həddə çatıb

03.07.2017, 15:32

rusiya-moskvaCari ilin fevral ayından etibarən Rusiyadan 1,6 mlrd. dollar həcmində kapital axını baş verib."APA-Economics" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, hesabat dövründə Rusiyadan Çinə 4 mlrd. dollar çıxarılıb.

Təkcə son həftə ərzində Rusiyaya oriyentasiya olunmuş fondlardan 83 mln. dollar həcmində kapital axını olub.

"Renessans Kapital" şirkəti yazır ki, hazırda müşahidə olunan kapital axınının tempi 2013-cü ildən etibarən rekord həddə çatıb: "İnvestorlar ABŞ-ın Federal Ehtiyat Sisteminin addımlarından narahatdır".

Qeyd edək ki, 2013-cü ilin 7 ayı ərzində Rusiyadan kapital axını 2,47 mlrd. dollar həcmində olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol