Menu

“Azərişıq”a dövlət büdcəsindən ayrılan vəsait 4 dəfə artırılıb

03.07.2017, 20:03
“Azərişıq”a dövlət büdcəsindən ayrılan vəsait 4 dəfə artırılıb

"Azərişıq" ASC üzrə “Paylayıcı Şəbəkələrin Yenidən Qurulması İnvestisiya Proqramı - Layihə 1"də Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi məqsədi ilə 59,0 mln. manat nəzərdə tutulub.

“Report” bu barədə 2017-ci il dövlət büdcəsi haqqında qanunda dəyişikliklər edilməsi barədə layihəyə Palatanın verdiyi rəyinə istinadən bildirir.

Qeyd edək ki, bu, təsdiq edilmiş göstəricidən 44 mln. manat və ya 3,9 dəfə, 2016-cı ilin faktiki icra göstəricisindən 37,1 mln. manat və ya 2,7 dəfə çoxdur.

Xatırladaq ki, "“Paylayıcı Şəbəkələrin Yenidən Qurulması İnvestisiya Proqramı" Asiya İnkişaf Bankı (ADB) tərəfindən maliyyələşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol