AzPolitika.info Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu ölkə hərbi əməliyyatlar səbəbilə, Donbasda təqribən, 50 milyard dollar itirib.
«Bu, ölkənin birbaşa itkiləridir» - deyə, Ukrayna müdafiə nazirinin müavini İvan Rusnak xəbər verib.
Məlumat üçün bildirək ki, Donbasda silahlı münaqişə 2014-cü ildə başlanıb. Minlərlə hərbçi və dinc sakin bu münaqişənin qurbanı olub.
Ukrayna və dünyanın bir çox ölkələri hesab edirlər ki, separatçıların tərəfindən Rusiyanın zabit və əsgərləri döyüşürlər.

Şərhlər