Menu

KXDR yenə raket atdı - Yaponiyanın iqtisadi zonasına düşdü…

04.07.2017, 16:13
KXDR yenə raket atdı - Yaponiyanın iqtisadi zonasına düşdü…

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni ballistik raket sınağı keçirib. Raketin Yaponiya iqtisadi zonasına düşdüyü ehtimal olunur.

Bu barədə Yaponiya nazirlər kabinetinin Baş katibi Yosixide Suqa xəbər verib.

Ölkənin Baş naziri Sindzo Abe əhalinin, hava və dəniz gəmilərinin təhlükəsizliyinin təmin olunması və istənilən gözlənilməz situasmiyaya hazır olmaq barədə göstəriş verib.

Xəbər verilir ki, raketin uçuşu 40 dəqiqə davam edib. Raket sınağını Seulda da təsdiqləyiblər. Cənubi Koreyanın Prezidenti Mun Çje İn təcili olaraq milli təhlükəsizlik şurasının iclasını çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol