Ötən gecə cəbhə bölgəsində baş verən gərginlik nəticəsində Ermənistan silahlı qüvvələrinin 5 hərbçisi öldürülüb, daha 4 nəfəri yaralanıb.
“Report” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Ermənistanın aktiv səhifələrindən biri məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, Xankəndi hospitalına 5 ölü, 4 yaralı hərbi qulluqçu aparılıb. Hazırda ölən və yaralıların adları dəqıqləşdirilir.

Məlumatda həmçinin qeyd olunub ki, Ağdərədə (Mardakert) yerləşən hərbi hissələrdən birində hərbi qulluqçular arasında kütləvi zəhərlənmə faktı qeydə alınıb.


Şərhlər