Menu

AFFA-nın baş katibi UEFA-da İdarə Heyətinə üzv seçilib

06.07.2017, 11:34
AFFA-nın baş katibi UEFA-da İdarə Heyətinə üzv seçilib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov UEFA-nın Uşaq Fondunun (UEFA Foundation for children) İdarə Heyətinə üzv seçilib.

“Report”un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Avropa Komissiyasının sabiq prezidenti Joze Manuel Barrozonun rəhbərlik etdiyi UEFA-nın Uşaq Fondu uşaqların sağlam həyat tərzinə yönləndirilməsi, uşaq futbolu və digər çoxsaylı layihələr həyata keçirir.

Qeyd edək ki, fond 2015-ci il aprelin 24-də fəaliyyətə başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol