Menu

Ermənilər yaşayış məntəqələrini atəşə tutmaqda davam edir

07.07.2017, 15:51
Ermənilər yaşayış məntəqələrini atəşə tutmaqda davam edir

Erməni hərbi birləşmələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, Goranboy rayonunun təmas xəttində yerləşən yaşayış məntəqələri iyulun 6-sı saat 23:00-dan 23:15-dək və iyulun 7-si saat 00:15-dən 00:30-dək iriçaplı silahlardan atəşə tutulub.

Nəticədə düşmənlə təmas xəttində yerləşən Tap Qaraqoyunlu kəndində 3 fərdi yaşayış evinin dam örtüyünə yüngül ziyan dəyib.

İtki və tələfat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol