Menu

Bakıda gənc oğlan ürəyindən bıçaqlanıb

08.07.2017, 09:30
Bakıda gənc oğlan ürəyindən bıçaqlanıb

Gecə saat 4 radələrində Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1994-cü il təvəllüdlü Əhmədov Qərib Baloğlan oğlu Pirşağı qəsəbəsindəki küçələrdən birində bıçaqlanıb.

O, əvvəlcə tanışı tərəfindən bayıra çağırılıb. Daha sonra tərəflər arasında mübahisə düşüb və sözügedən gənc oğlan ürəyindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol