AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının «Saudi Arabian Oil Co» Dövləğ neft hasilatı şirkəti 10 il ərzində ölkənin neft hasilatı sahəsinə 300 milyard dollar sərmayə yatırmaq niyyətindədir.
Bu barədə, İstanbulda keçirilən Ümumdünya neft konqresində şirkətin Baş direktoru Amin Nasser bəyan edib.
Onun sözlərinə görə, neft sektoru hələ uzun illər energetika sahəsində mərkəzi mövqedə olacaq. Çünki alternativ yanacaq mənbəyinə keçid prosesi «uzun və mürəkkəb» bir yol olacaq.
Bununla bərabər, Nasser elan edib ki, təmsil etdiyi şirkət təbii yanar qaz hasilatını qarşıdan gələn 10 il ərzində sutkada 560 milyon kubmetrə qədər artıracaq. Bunun sayəsində ölkədə elektrik enerjisi istehsalının 70 faizi qaza əsaslanacaq. Bu, G20 ölkələri arasında maksimal göstəricidir.
KİV-in məlumatına görə, bazar günü açılışı olmuş konqresdə 5 min nəfərdən artıq adam iştirak edir. Onların sırasında 50 nazir və dünyanın aparıcı energetik şirkətlərinin (Shell, BP, ExxonMobil, Chevron, Total, Saudi Aramco, SOCAR) 500 rəhbəri var.
Tədbir iyulun 13-ə qədər davam edəcək.


Şərhlər