Menu

Küveytin daha bir aviaşirkəti Bakıya birbaşa reyslər həyata keçirəcək

11.07.2017, 21:57
Küveytin daha bir aviaşirkəti Bakıya birbaşa reyslər həyata keçirəcək

Küveytin “Wataniya Airways” aviaşirkəti Bakıya birbaşa reyslər həyata keçirəcək.

“Trend”in məlumatına görə, Əl-Küveytdən Bakıya ilk reys iyulun 12-də baş tutacaq.

Reyslər həftədə iki dəfə - çərşənbə və şənbə günləri həyata keçiriləcək. Biletin qiymətinin bir tərəfə 404,15 manat olacağı deyilir.

Qeyd edək ki, daha əvvəl Küveytin “Jazeera Airways” aviaşirkəti də Bakıya birbaşa uçuşlara başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol