Bu haqda BMT-nin məlumatlarını ələ keçirən "The New York Times" xəbər yayıb
Ukraynanın şərqində hadisələrin başlanğıcından 356 insan həlak olub.
ANS PRESS-in məlumatına görə, bu haqda BMT-nin məlumatlarını ələ keçirən "The New York Times" xəbər yayıb.
Həlak olanlar arasında 257 mülki şəxs və 86 Ukrayna hərbi qulluqçusu var. BMT-nin insan hüquqları üzrə baş komissarı Gianni Magazzeni qeyd edib ki, ölən hərbçilərin siyasına bir neçə gün öncə yığma qoşun döyüşçüləri tərəfindən vurulmuş təyyarədə olmuş 49 desant da daxil edilib.
Qeyd edək ki, bir qədər əvvəl Ukrayna Müdafiə Nazirliyi ölkənin şərqində anti-terror əməliyyatları zamanı 147 hərbçisinin həlak olduğunu bildirib.


Şərhlər