Braziliyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin II turunun oyunları davamında daha bir sensasiyalı nəticə qeydə alınıb.
Son dünya və Avropa çempionu İspaniya millisi ilk turda Hollandiya qarşısındakı darmadağını unutdurmaq üçün heç də zəif olmayan Çiliyə mütləq qalib gəlməli idi. Əks halda yenilgi İspaniyanın mundialı erkən tərk etməsinə və Latın Amerikası təmsilçisinin 1/8 finala vəsiqə qazanmasına səbəb olacaqdı. Elə belə də oldu.
İspaniya millisi Çili yığmasına 0:2 hesabı ilə məğlub oldu. Bu nəticə Çili millisinə növbəti mərhələyə çıxışı təmin etdi. İspaniya yığması ilə dünya çempionatı ilə vidalaşdı.



Şərhlər