Menu

Zaur Dadayev 20 il azadlıqdan məhrum edildi! - «Nemtsovun öldürülməsi»nə görə…

13.07.2017, 15:02

nemtsovAzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, rusiyalı siyasi xadim Boris Nemtsovun «qətlinin icraçısı» qismində çeçn əslli Zaur Dadayev cəzasını ciddi rejimli düşərgədə çəkmək şərtilə, 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qərarı Moskva dairə məhkəməsi çıxardıb. Hakim Yuri Jitnikov elan edib ki, Dadayev həm də 100 min publ məbləğində cərimələnib və bütün mükafatlarından və rütbəsindən məhrum olunub.

Prokuror isə Dadayevə ömürlük azadlıqdan məhrumetmə cəzası istəmişdi.

İşin digər fiqurantları cəzalarını ciddi rejimli düşərgədə çəkmək şərtilə, 11 ildən 19 ilədək azadlıqdan məhrum ediliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol