Menu

Gəncədə maşın ana-balanı vurub öldürdü: polis qaçan sürücünü axtarır

15.07.2017, 00:41

qeza-yol-nishaniGəncədə avtomobil piyada ana-balanı vurub.APA-nın verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

İlkin məlumata görə, Məmmədova Aynurə İsmayıl qızı "QAZ 3110" avtomobil tərəfindən vurulub. Qadın hadisə yerində ölüb, yanında olan övladı isə xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi. Son məlumata görə, artıq 5 yaşlı uşaq da dünyasını dəyişib.

Polis maşını hadisə yerində qoyaraq qaçan sürücünü axtarır.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol