Menu

İçərisində xəstə olan Təcili Tibbi Yardım maşını yandı - VİDEO

17.07.2017, 11:31
İçərisində xəstə olan Təcili Tibbi Yardım maşını yandı - VİDEO

Sabunçu rayonunda Təcili Tibbi Yardım maşını yanıb.

Hadisə 3 saylı xəstəxanaya yaxın ərazidə baş verib.

12 saylı yarımstansiyaya məxsus təcili tibbi yardım maşınında yanğın başlayan zaman maşının içərisində xəstə və həkimlər olublar. Onlar vaxtında maşını tərk edə biliblər və heç bir xəsarət almayıblar.

Şahidlərin verdiyi məlumata görə, yanğın avtomobildə baş vermiş qısaqapanmadan yaranıb. Sürücü və ətrafdakılar avtomobili təmir etmək istərkən qəfil alışma baş verib, tez bir zamanda yanğın maşını bürüyüb. /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol