Menu

Azərbaycanda isti, günəşli hava şəraiti davam edəcək

18.07.2017, 11:03

Hava guneshli 280711-3"Növbəti iki gün ərzində Azərbaycanda isti, günəşli hava şəraiti davam edəcək". Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, iyul ayının 19-20-də ölkə ərazisində yağış yağması ehtimalı yoxdur: "Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 35-39-dərəcə, bölgələrdə 35-40, dağarda isə 25-30 dərəcə arası dəyişəcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol