Menu

Sabah mərhum nazir Natiq Əliyevin qırx mərasimi olacaq

18.07.2017, 11:12
Sabah mərhum nazir Natiq Əliyevin qırx mərasimi olacaq

Sabah mərhum energetika naziri Natiq Əliyevin qırx mərasimi olacaq.Mərhum N.Əliyevin başçılıq etdiyi Energetika Nazirliyindən Musavat.com-a daxil olan məlumata görə, Natiq Əliyevin qırx mərasimi Heydər məscidində keçiriləcək.

Qeyd edək ki, 1947-ci ildə anadan olmuş Natiq Ağaəmi oğlu Əliyev bu il iyunun 9-da İstanbulda ürək çatışmazlığından vəfat edib.

Natiq Əliyev 1993-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti olub. 2005-2013-cü illərdə isə Azərbaycan Respublikasının Sənaye və Energetika naziri olan Natiq Əliyev 2013-cü ildən ömrünün son gününə qədər Azərbaycan Respublikasının Energetika naziri vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol