Menu

“Hacı Mazan”ın obyektində ölüm hadisəsi

18.07.2017, 13:39
“Hacı Mazan”ın obyektində ölüm hadisəsi

Masallının Yeddi Oymaq kəndindəki asfalt zavodunda ölüm hadisəsi baş verib.

"Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalova məxsus zavodda elektrik vəzifəsində işləyən Yardımlı rayon sakini 1958-ci il təvəllüdlü Əfsər Hüseynov yüksəklikdə işləyən zaman halı pisləşib və bunkerə yıxılıb. Ağır bədən xəsarətləri alan Ə.Hüseynov xəstənaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb. /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol