Menu

"Masallı rayon Müsavat partiyası..." - Ərazi nümayəndəsindən qəribə və qərəzli arayış

18.07.2017, 17:46
"Masallı rayon Müsavat partiyası..." - Ərazi nümayəndəsindən qəribə və qərəzli arayış

Bu gün, iyulun 18-də Masallı Rayon Məhkəməsində Müsavat Partiyasının Masallı rayon təşkilatının sədri Xasay Fərzullaya qarşı qaldırılan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Vəkil Nemət Kərimlinin bildirdiyinə görə, hazırlıq iclasında müdafiə tərəfinin qaldırdığı vəsatətlər təmin olunmayıb.

“Təqsirləndirilən şəxsin vəkillə bir yerdə oturması barədə, məhkəmə iclasının auidioyazı və video çəkilişin aparılması bərədə vəsatətlər təmin edilmədi. Bu, keyfiyyətli müdafiə hüququnun pozulmasıdır”, – Nemət Kərimli bildirib.

Məhkəmə prosesi avqustun 2-ə təyin olunub.

Xasya Fərzullaya qarşı Cinayət Məcəlləsinin 263.1.1 maddəsi ilə (ehtiyyatsızlıq üzündən ağır xəsarət yetirmək) ittiham irəli sürülüb.

Buna səbəb aprelin 5-də Xasay Fərzulla öz maşını ilə aşağı sürətlə hərəkətdə olarkən, rayonun Bədəlan kənd ərazisində həmən kənd sakini Tağıyev Rauf Rafiq oğlunun qəfildən yola çıxması və nəticədə xəsarət almasıdır. Sürücü dərhal onu xəstəxanaya çatdırıb və Bakıda müalicəsinin, o cümlədən cərrahi əməliyyatın bütün xərclərini, öz üzərinə götürüb. Hazırda zərərçəkənin həyatına heç bir təhlükə yoxdur.

Lakin istintaqın gedişatı onu göstərir ki, baş verən yol nəqliyyat hadisəsi siyasiləşdirilir.

“Boradigah qəsəbə inzibati ərazi dairəsinin nümayəndəsinin məsələni siyasiləşdirərək yaşayış yerində guya mənim müsbət rolumun olmamasını iddia eləməsi, həmçinin onun yazılı şəkildə verdiyi xasiyyətnamədə mənim Müsavat partiyası Masallı rayon təşkilatının sədri olmağımı xüsusi vurğulaması işi hüquqi müstəvidən uzaqlaşdırır”, – deyə Xasay Fərzulla bildirib.

Boradigah qəsəbə inzibati ərazi dairəsinin nümayəndəsi Ələkbər Cəfərovun  imzaladğı rəsmi sənədin qərəzli və savadsızcasına hazırlandığı da diqqətdən yayınmayıb. Belə ki, ərazi nümayəndəsinin yazdığına görə, Masallının da Müsavat Partiyası varmış. Həmin sənədi təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol