«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) müttəfiqləri Çin Xalq Respublikasından (ÇXR) kütləvi halda «pilotsuz uçan aparatlar» (PUA) almağa başlayıblar.
«Wall Street Journal» nəşrinin yazdığına görə, söhbət Səudiyyə Ərəbistanı (SƏ), İordaniya, Misir və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gedir.
Nəşrin məlumatına görə, Vaşinqton İsrailin mövqeyindən dolayı, ərəb ölkələrinə daha güclü hərbi PUA-lar satmaqdan imtina edir.
Bu məqamda bir daha xatırlatmaq yerinə düşər ki, vaxtilə İsrailin sabiq Baş naziri Ariyel Şaron demişdi: «Amerika Birləşmiş Ştatlarını yəhudilər idarə edirlər, amerikalılar özləri də bunu bilirlər…».

Şərhlər