Menu

Masallıda yol polisinin vurulduğu yerdən görüntülər - VİDEO

19.07.2017, 21:20
Masallıda yol polisinin vurulduğu yerdən görüntülər - VİDEO

Masallıda avtomobil yol polisini vuraraq qaçıb.

ARB TV xəbər verir ki, hadisə Masallı şəhəri ərazisində qeydə alınıb. İnsident Dövlət Yol Patrul Xidməti (DYPX) əməkdaşlarının sərxoş sürücülərə qarşı reyd keçirdiyi zaman baş verib.

YPX baş serjantı Qoşqar Eynalov xidməti vəzifəsini yerinə yetirərkən onu avtomaşın vurub. Dərhal yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəni törədən şəxs hadisə yerindən qaçıb. Hazırda Masallı polisi onun saxlanılması istiqamətində tədbirlər görür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol