Menu

Bakıda idmançı "Galendewagen"lə ağır qəza törətdi - Ölən var

21.07.2017, 11:03
Bakıda idmançı "Galendewagen"lə ağır qəza törətdi - Ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, dünən axşam saatlarında Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Səfiyev Bəhmən Süleyman oğlu idarə etdiyi "Mercedes Galendewagen" markalı avtomobillə piyadanı vurub.

Ağır xəsarət alan piyada hadisə yerində ölüb. Araşdırmalardan sonra məlum olub ki, ölən şəxs 1959-cu il təvəllüdlü Musayev Elman Zaman oğludur.

Bildirilir ki, qəzanı törədən Bəhman Səfiyev idmançıdır. O, Bilgəhdəki çimərlikdən şəhərə qayıdarkən qəza törədib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol