AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Hindistanın hakim koalisiyasının prezidentliyə namizədi Ram Natx Kovind səslərin mütləq çoxluğunu qazanaraq, ölkənin yeni prezidenti seçilib.
Bazar ertəsi keçirilmiş seçkilərin nəticələrinə görə, seçicilərin 55,65 faizi (724 min nəfər) Kovində səs verib, onun müxalifətdən olan rəqibi və parlamentin aşağı paltasının sabiq spikeri xanım Meyru Kumar isə 34,35 faiz (367 min nəfər) səs toplayıb.
Qalibin adını Mərkəzi seçki komissiyasının (MSK) sədri Anup Mişra səslər parlamentdə sayılandan sonra elan edib.
«Ona görə də prezident seçkiləri haqqında aktın qaydalarına görə, mən, Anut Mişra elan edirm ki, Ram Natx Kovind Hindistanın Pprezidenti postuna seçilib» - deyə, MSK sədi bəyan edib.
Yeni prezidentin inauqurasiya mərasimi iyulun 23-də keçiriləcək. Bu vəzifədə Kovind indiki prezident Pranab Kumar Mukercini əvəzləyəcək - bu il onun 82 yaşı tamam olacaq. May ayında o, yenidən prezident seçilmək üçün seçkilərdə iştirak etməyəcəyini bəyan etmişdi. Onun prezidentlik müddəti iyulun 24-də başa çatır.


Şərhlər