Menu

AZAL keçirdiyi tenderin davamından imtina edib

22.07.2017, 14:41
AZAL keçirdiyi tenderin davamından imtina edib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 100 min ton “TS-1” markalı reaktiv aviayanacağın (DÜİST 10227-2013) alınması üçün keçirdiyi tenderin davamından imtina edib.

"Report"un dövri mətbuata istinadən verdiyi məlumata görə, iyulun 8-də elan edilmiş açıq tenderdə iştirak haqqı 500 manat idi.

Qeyd edək ki, tenderin davamından imtina “Dövlət satınalmaları haqqında” qanuna əsasən, tender təklifi vermiş iddiaçıların sayının 3-dən az olması ilə əlaqələndirilir.

İddiaçılar tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını avqustun 18-nə qədər Heydər Əliyev Beynəlxalq Hava Limanına təqdim etməli idilər. Satın alınan malların mərhələlərlə aeroporta çatdırılması tələb olunurdu və ödəniş 2017-ci ilin sonuna qədər faktiki çatdırılmış reaktiv aviayanacağın həcminə əsasən həyata keçiriləcəkdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol