Menu

Oğru qadınlar tutuldu

22.07.2017, 16:43
Oğru qadınlar tutuldu

Gəncədə oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Aynur Məmmədova və Sədaqət Quliyeva tutulublar.

Onlar iyulun 17-də rayon ərazisindəki evlərdən birindən 15000 manat dəyərində məişət və geyim əşyaları oğurlamaqda təqsirləndirilirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol