Menu

İsrailin İordaniyadakı səfirliyinə terror hücumu olub

23.07.2017, 22:42
İsrailin İordaniyadakı səfirliyinə terror hücumu olub

İsrailin Əmmandakı səfirliyi terrorçuların hücumuna məruz qalıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, diplomatik nümayəndəliyin iki mühafizəçisi yaralanıb. İordaniya təhlükəsizlik qüvvələrinin əməkdaşları hazırda binanı mühasiryə alıblar.

"Ammon" agentliyi yazır ki, yaralılar səfirliyin iqamətgahı ərazisindəki personalı arasındadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol