Menu

“İnterpol”un axtardığı şəxs Azərbaycandan Gürcüstana keçərkən tutulub

24.07.2017, 14:01
“İnterpol”un axtardığı şəxs Azərbaycandan Gürcüstana keçərkən tutulub

"İnterpol"un Paris bürosu tərəfindən barəsində axtarış elan olunan 50 yaşlı kişi Azərbaycandan Gürcüstana keçmək istəyərkən “Qırmızı körpü” gömrük buraxılış-məntəqəsində saxlanılıb.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

O, Azərbaycandan Gürcüstana keçmək istəyərkən tutulub. 50 yaşlı kişi Çexiyada qətldə ittiham olunur.

Saxlanılan şəxsin Çexiyaya təhvil verilməsi istiqamətində danışıqlar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol