Menu

Bakıda marşrut avtobusu qəza törədib - FOTO

24.07.2017, 19:59
Bakıda marşrut avtobusu qəza törədib - FOTO

Bakıda sərnişin avtobusu qəza törədib.

"Report"un məlumatına görə, "Bakubus" MMC-yə məxsus 99-JX-198 dövlət qeydiyyat nişanlı 2 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu Süleyman Rüstəm küçəsindən Füzuli küçəsinə dönmə əmliyyatı həyata keçirəkən onunla paralel hərəkət edən 90-DA-333 dövlət nömrə nişanlı "Chevrolet cruze" markalı minik avtomobilinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol